İsmayıllı, Ağdam və Lerikdə ağacların kəsilməsinə görə cinayət işləri açılıb

Vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan  verilən məlumata görə, aparılmış araşdırmalarla İsmayıllı rayonunun Tircan kəndində və Ağdam rayonunun Qaradağlı kəndində bələdiyyəyə məxsus torpaq sahələrində meşə fonduna daxil olmayan, həmçinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində yerləşən Vizəzəmin meşəbəyliyində meşə fonduna daxil olan müxtəlif cinsli və diametrli 40-dan çox ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə ümumilikdə 6 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Hamısını Göstər

Related Articles

Back to top button