İsmayıllıda iri ticarət mərkəzlərində vətəndaşların COVID pasportları yoxlanılıb

Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası ilə əlaqədar İsmayıllıda gücləndirilmiş nəzarət-yoxlama tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, COVID pasportlarının yoxlanılması, eləcə də karantin rejimindən irəli gələn digər qayda və tələblərin təmin olunması ilə bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən iri ticarət mərkəzlərində monitorinqlər keçirilib. Polislər alıcı və satıcılarla, eləcə də sahibkarlarla maarifləndirici söhbətlər aparıb, infeksiyanın kütləvi yayılmasının qarşısının alınması üçün qəbul edilən qərarlara əməl etməyin vacibliyini izah ediblər.

Pandemiya dövrünün tələblərinə biganə yanaşan şəxslərə xəbərdarlıq olunub, bir neçəsi barəsində isə intizam tənbeh tədbiri görülüb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close