İsmayıllıda yük maşını minik avtomobilinin üstündən keçib, sürücü ölüb

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Qalacıq kəndi ərazisində hərəkətdə olan “Shacman” markalı yük maşını qarşı tərəfdən gələn 06-BC-586 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə toqquşub. Yük maşınının altında qalan minik avtomobilinin sürücüsü Əsədov Hafiz Sabir oğlu hadisə yerində ölüb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button