İsrail Suriyada İrana məxsus hədəfləri bombaladı

İsrail Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən obyektlərə hava zərbəsi endirib.

Bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb. Partlayış səslərinin eşidildiyi bildirilən xəbərdə ölən və xəsarət alanlar haqda məlumat verilməyib. İsrail məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, paytaxt Dəməşq və ətraf rayonlarda Əsəd rejiminə məxsus qüvvələrlə yanaşı SEPAH-a və Livan “Hizbullah”na məxsus terrorçu qruplar yerləşir.

İsrail daha əvvəl 30 dekabrda Dəməşq yaxınlığındakı Nəbi Habil rayonuna, 25 dekabrda isə Hama vilayətinin Misyaf rayonuna hava zərbələri endirmişdi.

İsrail ordusu 18 noyabrda Suriyada yerləşən Əsəd rejimi və İran İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvələrinə məxsus hədəflərə qarşı hava hücumu təşkil etdiyini açıqlamışdı. İsrail Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu yana bu ölkədə yerləşən İran yönlü qruplara və Əsəd rejiminə məxsus hədəfləri bombalayır.

Hamısını Göstər

Related Articles

Back to top button