İyulun 1-də baş verən yol qəzaları

İyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub. Nəticədə O.Hümbətov və 4 sərnişini hadisə yerində, 1 sərnişini isə xəstəxanada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

***

İyulun 1-də saat 14 radələrində Xaçmaz şəhəri ərazisində Sumqayıt şəhər sakini Z.Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurub. Nəticədə sərnişini olan həyat yoldaşı Lalə xəstəxanaya aparılarkən yolda ölüb.
Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

İyulun 1-də saat 17 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində rayon sakini Söhrab Qasımov idarə etdiyi “VAZ-2107” markalı avtomobili ağaca vurub və nəticədə hadisə yerində ölüb.
Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

İyulun 1-də saat 15 radələrində Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisində şəhər sakini Erkin Bahadırovun idarə etdiyi “İJ-27175” markalı avtomobillə M.Sultanovun idarə etdiyi “Volvo” markalı yük avtomobili toqquşub. Nəticədə E.Bahadırov hadisə yerində ölüb.
Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button