Keçən il Prokurorluq orqanaları tərəfindən verilmiş 720 protest məhkəmələr tərəfindən təmin olunub

Ötən il dövlət ittihamçılarının iştirakı ilə məhkəmələrdə baxılmış 989 cinayət işi üzrə apelyasiya, 787 cinayət işi üzrə isə kassasiya protestləri verilib.

Polise.az  xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev yanvarın 27-də Baş Prokurorluqda keçirilən kollegiya iclasında məlumat verib.

Baş prokuror qeyd edib ki, 563 apelyasiya protesti və 157 kassasiya protesti təmin olunub.

Həmçinin bildirilib ki, dövlət ittihamının müdafiəsi sahəsində prokurorluq orqanlarının iştirakı ilə bütün instansiya məhkəmələri üzrə ümumilikdə 24 min 396 şəxs barəsində 21 min 512 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button