“Kılıçdaroğlu və ya Ərdoğan udsa belə…”

Mayın 28-də keçiriləcək seçkinin ikinci turuna az qalmış ABŞ mediasında Türkiyə-Avropa Birliyi (AB) münasibətlərinə dair diqqətçəkən təhlil dərc olunub.

Polise.az xəbər verir ki, “Foreign Policy” qəzetinin təhlili “Türkiyə – AB-nin yeganə ümidi” adlanır.

Məqalə müəllifi iddia edir ki, AB üzvlüyünə qəbul edilməsi Türkiyəyə Avropaya həm özünü, həm də burada olma səbəbini təsdiqləmək şansı verəcək.

Təhlildə Türkiyənin dəfələrlə AB-dən kənarlaşdırıldığı, Türkiyədə bir çox insanın siyasi-iqtisadi narahatlıqların inteqrasiyaya real maneə olmadığına inanmağa başladığı diqqətə çatdırılır.

Avstriya, Danimarka, Fransa, Yunanıstan, Lüksemburq və Hollandiyanın da aralarında olduğu bir çox Avropa ölkələrinin Ankaranın üzvlüyünə qarşı çıxmaq üçün “islamafobiya və mədəni fərqlilik” məsələlərinə əl atdıqları xatırladılır.

Təhlildə Brüsselə Türkiyə ilə bağlı mesajlar da verilir: “Avropa Türkiyəni öz arasına rəsmən qəbul etməklə dünyaya açıq mesaj göndərəcək”.

Digər tərəfdən, razılıq verilsə belə, Ankaranın gələcəyini AB-də axtarmağa davam etməməyə qərar verə biləcəyi vurğulanır:

“Kılıçdaroğlu uğur qazansa və ya Ərdoğan seçkidən sonra Qərbə üz tutsa belə, türklər AB-nin daha parlaq gələcək üçün ən yaxşı yol olmadığına qərar verə bilərlər”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button