Koronavirus fevralın 14-də başa çatacaq – Həkimdən açıqlama
Sona çatmasını daima arzulasaq da, çağdaş tariximizdə əbədiyyətə qədər qalibiyyət ili kimi qalacaq və xatırlanacaq 2020-ci il artıq tarixə döndü.
Xoşbəxtlik, səadət və uğur rəqəmi kimi dəyərləndirilən, əlkimyaçıların zənginlik və müqəddəslik rəmzi hesab etdikləri 21 (2021-ci il) həyatımıza qədəm qoydu.
Uğrunda mücadilə etdiyimiz zamanın- COVİD19-un sonuna isə, müalicə və profilaktika tədbirlərinə düzgün əməl ediləcəyi təqdirdə cəmi 44 gün qalıb; şübhəsi olanlar varsa, sabahdan günləri saysın. Bunun üçün isə, hazırda sosial şəbəkələrdə bu virusla mübarizədə öncül olan həmkarlarımız, bütün təzyiqlərə sinə gərib, daha da mübariz olmalı və daha əzmlə mübarizə aparmalıdır; millətimiz, xalqımız naminə, ana vətənimiz Azərbaycan övladlarının bizim arzumuz olan xoşbəxt sabahı naminə.
Mən tibbin tarixin yaşmışam. Odur ki, sözlərimin həqiqət olduğuna şübhə etməyə bilərsiz. Bilin ki, antik dövrdən bu günə kimi hər bir əsrin ilk 20-ci illəri ziddiyyət, çətinlik, epidemiya- faciə illəri kimi tarixin yaddaşına əbədi həkk olan illər olub. Bu dövrlərdə həqiqət uğrunda, milləti və xalqı yolunda mübarizlər, tarix boyu xatırlanan əbədiyaşar insanlar olub. Hazırda Covid-lə mücadilədə səsinizə bir kimsə səs verməsə də belə, siz artıq əbədiyyət qazanmışlardansız. Odur ki, bu yolda vuruşun, kimsədən xoş söz gözləməyərək vuruşun, millətimiz, əzizləriniz, doğmalarınız naminə vuruşun, ən nəhayət öz canınız naminə vuruşun. Hazırda səsimiz eşidilməsə də Bizim nicatımız yalnız bundadır. Bu mübarizədə qalibiyyətin ilkin şərti mübarizlik, təşkilatlanmaq və təbliğatdır. Odur ki, Sizlərdən birindən, məsələn, Qalib Əsədovdan, Şahin Məmmədovdan və ya bir başqasından xahiş edərdim ki, xalqa təmənnasız xidmət göstərməkdə maraqlı olan, ilk növbədə sosial şəbəkələrdə aktivlik göstərən bütün həkimlərimizə müraciət etsin və yanvar ayında vebinar keçirək, insanları maarifləndirməyə, onları bu bəladan qurtarmağa çalışaq. Vebinar verilən suallara yalnız cavablandırma formatında olsun. Türkiyə, Almaniya və digər ölkələrdə olan həmkarlarımızı dəvət edək, fikir mübadiləsi aparılsın və bu tədbirə giriş hər bir vətəndaşımız üçün açıq olsun ki, bundan faydalana bilsinlər.
İnanın ki, bu, bizim tarix və xalqımız qarşısında ən böyük xidmətimiz olar. Bir düşünün, Covid-ə tutulan insanlar bu gün artıq bu infeksiyadan yox, mövcud antibiotiklərə dözümlülük göstərən II-li infeksiyadan dünyalarını dəyişirlər.
Bilin ki, antibakterial və hormonal preparatların bu şəkildə istifadəsi davam edərsə, çox yox, uzağı 3 ildən sonra, adi mikrob infeksiyasına təsir göstərə bilən antibiotik belə olmayacaqdır. Bu isə artıq insanlığın faciəsi olacaqdır. Biz buna imkan verməməliyik. Odur ki, mütəxəssislərin insanlarla birbaşa ünsiyyəti mövcud şəraitdə yeganə qurtuluş yoludur.
Qısa zaman müddətinə təşkilatlana bilsək, ən uzağı 10-14 gündən sonra, biz bu tədbirin vaxtını elan edə bilərik.