“Kubinka”da dəhşətli hadisə – 36 yaşlı qadının meyiti tapıldı

Paytaxtın Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə gənc qadının meyiti tapılıb.
Polise.az-ın məlumatına görə, fevralın 1-də gecə saat 2 radələrində Ağadadaş Qurbanov küçəsində naməlum qadın meyiti tapılıb.
Araşdırmalarla ölən qadının paytaxt sakini olan 36 yaşlı V.T olması müəyyən edilib. Onun narkotik vasitə aludəçisi olması və tüfeyli həyat tərzi sürdüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Polise.az