Kultivasiya yolu ilə yetişdirilən çətənə kolları və marixuana aşkar edilərək götürülüb

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Tağıyevə məxsus çay evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən 14 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

***

Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, 16 yaşlı A.Əliyevdən marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən onun marixuananı əmisi M.Əliyevin evindən götürməsi müəyyən olunub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə M.Əliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 23 ədəd çətənə kolu, oradakı yardımçı təsərrüfatdan isə 31 qrama yaxın marixuana götürülüb.

Hamısını Göstər

Related Articles

Back to top button