Kütləvi məzarlıq tapılıb…

Polşanın Vrotslav şəhərindəki villanın bağçasında aparılan qazıntı işləri zamanı İkinci Dünya Müharibəsinə dövrünə aid 128 nəfərlik kütləvi məzarlıq aşkar edilib.

“Polise.az” xəbər verir ki, tapılan cəsədlərin o dövrdə Almaniyanın tərkibində olan və İkinci Dünya Müharibəsinin son aylarında Qırmızı Ordu tərəfindən həyata keçirilən “Breslau” mühasirəsi zamanı həyatını itirən alman vətəndaşlarına aid olduğu bildirilir.

Həmçinin cəsədlərdən 120-nin uşaq və qocalar da daxil olmaqla mülki şəxs olduğu müəyyən edilib.

Digər 8 nəfərin isə İkinci Dünya Müharibəsinin sonlarına doğru Adolf Hitlerin əmri ilə alman kişilərindən yaradılan xalq-azadlıq ordusunun əsgərləri olduğu bildirilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button