Lənkəranda dəhşətli cinayət: Taksi sürücüsünü öldürüb basdırdılar

Lənkəranda itkin düşdüyü barədə məlumat verilən taksi sürücüsü – Lənkəran sakini, 1963-cü il təvəllüdlü İlham Cavadovun qətlə yetirildiyi məlum olub.

“Report”un xəbərə görə, hüquq mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Saxlanılan şəxs qətlə yetirdiyi İ.Cavadovun basdırdığı yeri göstərib.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir. Meyitin ekshumasiya olunaraq aidiyyəti üzrə təhvil verilməsi gözlənilir.

Qeyd edək ki, Lənkəranda taksi fəaliyyəti ilə məşğul olan İ.Cavadov iyulun 25-dən etibarən yaxınları tərəfindən axtarılıb. Sonradan hadisə ilə bağlı polisə müraciət edilib.

Hamısını Göstər

Related Articles

Back to top button
Close