Laçın yolundan sui-istifadənin dayandırılması barədə tələblər hələ də yerinə yetirilməyib

Üçtərəfli Bəyanata zidd olaraq, Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələbləri təəssüf ki, hələ də yerinə yetirilməyib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı bildirib.

Nazir xatırladıb ki, blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsası yoxdur.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button