Mənim həyat hekayətlərim (X hissə)

Əvvəli

XXX

Kimya sənayesi hüquqşünas üçün dar meydan idi. Ona görə ikincisinə üstünlük verməli oldum.

Cinzyətkarlıqla mübarizə aparan və bu istiqamətdə dövlət siyasətini həyata keçirən spesifik səlahiyyətylərə malik bir qurumun-Milisin fəaliyyət istiqamətlərinə bələd olmadığım üçün başlamaq çətin idi. Yeni kollektivdə ünsiyyət qurmaq, nüfuz sahibinə çevrilmək üçün kifayət qədər bacarıq və qabiliyyət, tanımadığım yüksək rütbəli zabit  heyəti və səliqə-səhmanı ilə seçilən mülki geyimli şəxslərlə təmasda olmaq özünəxas cəhətlər tələb edirdi. Köməyimə yetişən ilk xüsusiyyətlərdən biri ailədə, heç bir savadı olmayan valideyinlərimdən aldığım tərbiyə, ədəb-ərkana söykənən davranışlarım və mədəniyyətim idi. Bu üç cəhət bilik göstəricilərindən və təcrübədən  öndə dururdu.

6 aydan sonra SSRİ Daxili İşlər Nazirliyindən mənə baş leytenant rütbəsinin verilməsi barədə əmr daxil oldu. (Həmin dövrdə ilk rütbəni, polkovnik, general və növbədənkənar, habelə bir pillə yuxarı rütbənin verilməsi səlahiyyəti yalnız SSRİ DİN-yə aid idi) Nazir məni çağırıb təbrik etdi. Ürəkləndim, lakin təkəbbürlüyə qapılmadım. Bir həftədən sonra sifariş etdiyim və baş leytenant rütbəsinin paqonlarını taxdığım mundiri geyindim. Güzgünün önündə durub özümə baxıb,“Yaraşır”-dedim. Beləcə “paqon” sahibinə, hakimiyyətin səlahiyyətli nümayəndələrindən birinə çevrildim. Şəxsi planlarım və gələcək addımlarımla bağlı “həyat hekayələrim”ə uyğun çalışmağa başladım.

Doğrusu, kimya sənayesindən sonra spesfik xidmətə və vəzifə funksiyalarına malik bir qurumda işə başlamaq çətinlik yaradırdı.Yeni kollektiv və yeni bir qurumda çalışmaq üçün ölçülüb-biçilmiş özəl davranış modeli ,yüksək icra intizamı tələb olunur,çox görüb,çox eşitmək,lakin az danışmaq lazım gəlirdi.İş günü ərzində(istirahət günlərindən başqa) xüsusi geyim formasında olmalı idik.

Aylar ötdükcə başqa çətinliklər də ortalığa çıxırdı.Bu,nazirliyin strukturu ilə bağlı məsələyə aid idi.Mərkəzi aparatda şöbə və idarələrin,habelə rayon milis şöbə və idarələrinin rəhbərliyini tanımaq,müəyyən məsələlərin araşdırılmasında müfəssəl arayışlar tərtib etmək çətinliyi yaranırdı.İlk aylar gərgin rejimdə çalışdım.Yarım ildən sonra aparatda mövcud mühitə və rejimə uyğunlaşa bildim.

Ayda iki dəfə,birinci və dördünçü həftənin şənbə günlərində Nazir təsdiq olunmuş qrafik əsasında vətəndaşları qəbul edir,onların müraciətlərinə çox sayğılı yanaşırdı.Ayda bir dəfə,yenə şənbə günü-münasib bir vaxtda bağlı qalmış ölüm işləri üzrə cinayət işlərini yanında müzakirə edər,istintaq üçün mühüm əhəmiyyət kəsb edən tapşırıqlarını verərdi.Bu sahədə Nazirin səriştəsi geniş və əhatəli idi.Cəfər Vəliyev nazir vəzifəsinə təyin olunmazdan  əvvəl Respublika prokurorunun istintaqa nəzarət edən müavini kimi çalışmışdı.

Cəfər Vəliyev bağlı qalmış cinayət işlərinin müzakirəsi zamanı rayon prokuroru, işin istintaqını aparan müstəntiq,rayon milis şöbəsinin rəisi və əməliyyat üzrə rəis müavini,nazirliyin Cinayət-Axtarış İdarəsinin rəisi və əməliyyat-axtarış fəaliyyətinin kurasiyasında olduğu nazir müavini iştirak edərdilər.

1980-ci ilin bahar ayı idi.Bakı şəhərində kriminogen durum nəzarətdə olsa da, qulldurluq və soyğunçuluq cinayətləri dinamikada gözlənilmədən artmağa başlamışdı.Taksi sürücülərinə qarşı quldurluq və qarət halları demək olar ki,nəzarətdən çıxmışdı.Həyata keçirilən əməliyyat-axtarış tədbirləri səmərə vermirdi.Qəsdən törədilən belə ağır cinayətlər Yasamal(keçmiş Oktyabr r-nu),Sabunçu(keçmiş Lenin r-nu)və Binəqədi(keçmiş Kirov r-nu)rayonlarında baş verirdi.Taksi sürüçülərinə və şəxsi avtomobil sahiblərinə qarşı qarətlə müşayət olunan təhlükəli əməllər əhali arasında haqlı narahatlıq doğurmuşdu.Nazir yanında çevik,plandan kənar əməliyyat müşavirəsinə başladı.Peşəkar və təcrübəli heyətin iştirak etdiyi müşavirədə”Nə etmək?”sualına cavab istənildi.Müxtəlif təkliflər səsləndirildi.Amma nazirin təklifi daha ağlabatan oldu:”Cinayət axtarışı ilə məşğul olan,fiziki cəhətdən sağlam,təcrübəli və peşəkar əməliyyat müvəkkillərini taksi sürücüsü qismində avtomobilin idarə olunmasını təklif edirəm!”

Keçmiş Spartak stadionun yanında,Sumqayıt-Bakı istiqamətində(köhnə avtovağzalın yanı)park edən taksilərin sürücüləri polis əməkdaşları ilə əvəz olundu.Əməliyyata start verildi.Təxminən bir həftə ərzində Bakı-Sumqayıt və Bakı kəndlərinə işləyən taksilərə qarşı bir quldurluq və soyğunçulua faktı qeydə alınmadı.Qəribə hal baş verirdi.Düşünmək olardı ki,ya cinayətkar aləmə əməliyyat məlumatını sızdıran var,ya da,həqiqətən ağır cinayətlərə bir az ara verilib.

Əslində nazirin yanında keçirilən əməliyyat müçavirəsinə dəvət olunanların tərkibinə nəzər yetirdikdə məlumatın sızdırılması faktı istisnalıq təşkil edirdi.Sonradan məxfi şəbəkəyə verilən tapşırıqların realizəsindən məlum oldu ki,məlumat sızdırılıb.Nazirin rəhbərlik etdiyi kollegiyaya sükut çökmüşdü.Daxildə içilən anda xəyanət edənlər varmış!Vəziyyət kritik həddə çatmışdı.Bu dəfə Cəfər Vəliyev əməliyyata rəhbərliyi öz üzərinə götürdü.Rütbəli əməliyyat müvəkkillərinin “sürücülük”vəzifəsini davam etdirilməsi qüvvədə qaldı.”Cinayətkar mütləq geri qayıdacaq,sadəcə səbr etmək lazımdır”-dedi…

Tədbirin 2-ci on günündə quldurluq və soyğunçuluqla məşğul olan bir neçə nəfərdən ibarət mütəşəkkil dəstə yaxalandı.Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində məlum oldu ki,qısa zaman ərzində cinayətkar dəstələr tərəfindən 100-dən çox ağır və xüsusilə ağır cinayətlər törədilib…Əldə edilən uğurlu əməliyyat-axtarış tədbirlərinin müvəffəqiyyəti barədə SSRİ DİN-dən və Respublika Mərkəzi Komitəsindən rəğbətləndirici rəylər daxil oldu.Fərqlənənlərə mükafatlar verildi.Respublika Daxili İşlər Nazirliyinin uğurlu mübarizə metodu müzakirələrə səbəb oldu…

  Artıq mərkəzi aparata adaptasiya olunmuşdum.Naşılıq,utancaqlıq və praktik stajın azlığı arxada qalmışdı.Nazirin və nazir müavinlərinin qəbuluna gəlmək istəyənlərlə məşğul olmaq mənə həvalə olunmuşdu.Bölgələrdən gələn vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşırdım.Müraciətlərin əksəriyyəti mal-qara oğurluqları ilə bağlı olurdu.Cinayət işlərinin səthi istintaqından,oğruların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin sönük aparılması,verilən tapşırıqlara qeyri-ciddi yanaşma hallarından narazılıq çox olurdu.Ucqar rayonlardan gələn bəzi şikayətçiləri aidiyyəti üzrə müvafiq idarə və şöbə rəhbərlərinin qəbuluna göndərir,nəticəsi barədə məruzə üçün arayışlar tərtib olunurdu.Vəzifə funksiyalarıma məsuliyyət və prinsipallıqla yanaşmam bəhrəsini verirdi.Nazir vətəndaşları qəbul etdiyi şənbə günlərinin birində məni yanına çağırdı:

-Yanımda işləmək istəyərsən?

Tutuldum və gözləmədiyim sualdan özümü itirdim.Təkrar soruşdu:

-Referent-köməkçi vəzifəsini təklif edirəm,işləyə bilərsən?Yenə susdum və sanki imtahandayam-düşünüb cavabı çox gecikdirmədim.

-Yoldaş Nazir!Yüksək etimadınızı doğruldacağam!-dedim.

-Oçen xoroşo-deyib,kadrlar idarəsinin rəisinə əmrin hazırlanması haqda tapşırıq verdi…Məni yoxlamağa və çəxsi keyfiyyətlərimə dair arayış üçün məxvi şəbəkəyə hər hansı bir tapşırığın verilməsinə ehtiyac duyulmurdu.(Adətən vəzifə pillələrində irəliləmək üçün belə arayışların şəxsi işdə olması vacib tələblərdəndi.Amma Nazir məni tanığından bu tapşırıqdan vaz keçilmişdi)

Nazirin yanında işləmək məsuliyyətli idi.Bütün hərəkətlərim,bacarıq və xidmət dairəm göz qabağında-aşkar olurdu.Nazirin verdiyi tapşırıqları kollegiya üzvlərinə ötürməyin və icrası ilə bağlı informasiya əldə etməyin özündə bir diplomatik yanaşma,nəzakətli davranış tələb edirdi.İl  ərzində bir neçə dəfə rayon milis(polis) şöbələrinin əməliyyat-axtarış fəaliyyətini təftiş edən briqadanın(komissiyanın) tərkibində mən də olurdım.Nazirlə daha çox təmasda olduğuma görə komissiya üzvləri mənimlə ünsiyyətdən ehtiyatlanardılar.Mən isə sadəliyim və qayğıkeşliyimlə ətrafımı inandıra bilirdim ki,nazir hər cılız dedi-qoduların ona ötürülməsində maraqlı deyil və bu,mənim də xarakterimlə uzlaşmır.

Kompleks yoxlama zamanı məndən daha çox ehtiyatlanan milis şöbələrinin rəhbərliyi olardı.Onlara hörmət və ehtiramla yanaşar,çay süfrəsi ətrafında xoş münasibət bəslədiyimdən narahatlıq sovuşurdu.Ezamiyyə müddəti bitdikdən sonra mən geri qayıdardım.Kompleks yoxlama zamanı mənim missiyama vətəndaşların milis şöbəsinə daxil olmuş müraciətlərinə baxılmasının vəziyyətini öyrənmək,nəzarətdə olan şikayətlərin qanunvericiliyə uyğun həlli və milis əməkdaşlarının qanunsuz hərəkətləri,vəzifələrindən sui-istıfadələri,habelə cinayət xarakterli müraciətlərin prosesual normalara uyğun baxılması daxil idi.Adətən ezamiyyə müddəti briqada üçün bir iş həftəsi nəzərdə tutulurdu.Mən isə 2-3 gün ərzində verilən tapşırıqları yerinə yetirib,əl ilə yazdığım arayışı komissiyanın sədrinə təhvil verəndən sonra(əlavə göstərişlər daxil olmazdısa)şəhərə qayıdardım.Təbii,növbəti gün işə çıxdıqdan sonra“ayaqüstü”və lakonik təfərrüatla nazirə polis şöbəsində olduğum və gördüyüm mühitlə bağlı məlumat verərdim.Daha çox şöbədə şəxsi heyətin rəhbərliyə qarşı formalaşdığı rəyilə maraqlanardı.Rayonda əməliyyat-axtarış fəaliyyətinin səmərə verib-vermədiyi barədə məni sorğu-sual edərdi.Mən isə müşahidələrimi nazirə şatdırardım.Açığı,nazir mənim qısa “ayaqüstü”məruzəmdən sonra MALLBORRO siqaretini bir-iki dəfə sinəsinə çəkib:”Spasibo…”Bu,o demək idi ki,məruzəm onu qane etmişdi.

Kompleks yoxlamanın nəticəsi geniş kollegiya iclasında müzakirə edildikdən sonra şöbənin rəhbərliyi ya vəzifəsindən uzaqlaşdırılırdı,ya da,eyni vəzifəyə başqa rayona keçirilərdi.Yoxlama ərəfəsində rəisin bacarığı tam ortalığa çıxırdı.Bəzən də, kollegiya şöbə rəisinin iş yükü və əhalisi  az olan rayonların birinə eyni vəzifəyə təyin edilməsi barədə qərar qəbul edərdi.Bütün hallarda kollegiya iclasları ətrafa görk olacaq həddə,ədalətlə davam edərdi…   

Artıq nazirliyin mərkəzi aparatında 4 ilə yaxın xidməti stajım varıydı.Bir gün,nazir məni yanına çağırıb dedi:

-Sənin Baş referent-Baş köməkçi vəzifəsinə təyin etməyimlə bağlı əmri imzaladım.Həm də,səni“Milis əlaçısı”döş nişanı ilə təltif etdim.Pozdravlyayu!”.

Ayaq üstə idim.Farağat durub nazirə təzim etdim.”Yoldaş(o vaxtlar belə müraciət edilirdi)nazir,etimadınızı doğruldacağam”-dedim.

-Ne somnevayus.İdite”-cavabı ilə otağını tərk etdim…

İş vaxtı saat 8.30-da başlayardı.Nazirin kabinetinin açarları da məndə olardı.Mən isə Sumqayıt şəhərində 5 nəfərdən ibarət ailə tərkibimlə kirayədə yaşayırdım.Nazirin iş rejimi səhər saat 8.30-dan ,axşam saat 9.30 və yaxud,10,11.30 qədər davam edərdi. Ümumiyyətlə Cəfər Vəliyevlə birgə olduğum son gün də daxil olmaqla, gərgin iş rejimi ilə davam edib.Həftənin bazar günlərini tam istirahət günü kimi keçirə bilirdik.

Yağmurlu və soyuq bir qış axşamı,novruz bayramı ərəfəsində onu evə yola salırdım Saat 21.30 radələri idi.Pilləkənlərlə aşağı düçürdük.Gözləmədiyim halda məndən soruşdu:Harda yaşayırsan?

-Sumqayıtda.

-Sən hər gün Sumqayıtdan gəlib –gedirsən?

-Bəli,yoldaş General

-Ay yazıq,bəs sən necə çatdırırsan?Heç olmasa öz evindir?

-Xeyir.Kirayədə olduğumuz bir otaqlı mənzildə üç uşaqla yaşayırıq.

Nazir pillələrdə ayaq saxladı.Məsum bir baxışla məni süzdü.Ciddi və zəhmli generalın qayğıma qalıb,şəxsi həyatımla maraqlanmasına ilk dəgə idi rastlaşırdım.

-Sabah mənim yadıma salarsan-dedi.

Həmin illər Bakı şəhərində 3 il daimi qeydiyyatı olmayanları mənzil növbəsinə götürməzdilər.Mənimsə qeydiyyatım Sumqayıt şəhərində idi.Ona görə də,ev məsələsinin həllində nikbin deyildim.Amma,nazirin”sabah mənim yadıma salarsan”imperativ tapşırığı mənə ümid verirdi.Az qala naziri atalıq qayğısına görə bağrıma basıb,üzündən öpəcəkdim.Hər ikimiz pillələrdə dayanıb bir-birimizə baxırdıq.Mən susmuşdum.Nazirlə münasibətimiz məsafədən və ciddi olduğundan o,da heç nə demədən başını sağa-sola tərpədərək:”Vay,vay”-deyib aşağı düşməyə başlayanda birdən növbətçinin qaça-qaça nəzirə tərəf gəldiyini gördüm.Az qala yıxılacaqdı.

-Yoldaş nazir!Qeydar Aliyeviç SUMun yanındakı QASTRONOMİYAdadır.-dedi.İti addımlarla aşağı düçdük.Mərkəzi univermaq DİN-lə üz-üzə yerləşir.Bayramı axşamı olduğundan əhali QASTRONOMda ət növbəsinə dayanmışdı.Qeydar Aliyeviç işdən çıxıb H.Hacıyev küçəsi ilə evə gedərkən əhalinin ət dükanı qarşısında yığıldığını görüb çəkinmədən maşını ora sürməyi təkid etmişdi.Azərbaycan Mərkəzi Komitəsinin birinci katibinin ehtiyat və heç kimi xəbərdar etmədən tək,vətəndaşların arasında olmasından Cəfər Vəliyev çox narahat olmuşdu.

”Bu kişi,qorxu bilmir.Belə məqamda,bayram axşamının bitdiyi bir vaxtda,əsəblərin gərildiyi bir anda əhali ilə yaxın təmasda olmaq şox təhlükəlidir.Kim cavabını verəcəkdi?”-deyə gileyini gizlətmədi.

 Heydər Əliyev vətəndaşlarla bayram əhvalında söhbət edirdi.Birdən QASTRONOMun müdirinə :

-Ətiniz hamıya çatacaqmı?

-Bəli yoldaş Əliyev.Narahat olmayın,hamını yola verəcəyik.

Heydər Əliyev məmnunluğunu ifadə edib,nazirə xitabla:Cafar Cabrailoviç! Proşu kontroliruyte i o rezultatax imformiruyte liçno!-deyib oradan uzaqlaşdı…

Gecəni rahat yata bilmədim.Bayram axşamında, mövcud şəraitdən sonra evlə bağlı məsələni nazirə necə xatırlayacaqdım?-düşüncələrilə xəyala daldım… Gecə tez  keçdi və səhəri də erkən qarşıladım .Sumqayıtdan Bakıya getmək və vaxtında işə çatmaq üçün tələsmək lazım idi.Üzümü təraş edib səhər yeməyimə başladm.Kirayədə qaldığım binada qonşumuz Vidadi Ticarət nazirliyində məsul bir vəzifədə çalışırdı.O,9.00-da işdə olmalıydı,mən isə 8.30-da.Vidadi qardaşım mənə qarşı səmimi davranar, hörmətimi saxlayardı.O,da, mənə görə evdən tez çıxdıgından işə geçikən vaxtım olmurdu.

Yenicə kabinetə daxil olub,telefon dəstəyini spirtlə dezinfeksiya edirdim.(Mən bunu hər gün edirdim.Xadimənin masanı və telefon aparatlarını silən əski parçası heç xoşuma gəlmirdi.Deməyin də xeyri olmadığından hər gün bu işi özüm görürdüm)Aşağı postdan nazirin gəlişi ilə bağlı zəng daxil oldu.Adəti üzrə onu qarşılamağa düşdüm.Qapıda rastlaşdıq və liftə yaxınlaşıb qapını açıq vəziyyətdə saxladım.Bir yerdə qalxdıq. Hər səhər kabinetinə bu qayda ilə, birgə daxil olurduq.Bəzən tapşırıqlarını belə anlarda  verdiyinə görə,mən də arxasınca getməliydim. Dünən verdiyi tapşırığı unutmamışdı.Hökumət telefonunu götürüb Bakı şəhər meri Nəcməddin Əhmədova zəng etdi.Telefon xəttində yüksək təmizlik(vısokaya çistota)olduğundan qarşı tərəfin də səsi aydın eşidilirdi.”Nadjmaddin Sadıxoviç!Bu vaxta qədər bilməmişəm ki, köməkçim Sumqayıtda ,özü də kirayədə yaşayır.Yazığın üç uşağı var.Nə kömək edə bilərik?

-Narahat olmayın,Cafar Cabrailoviç!Həll edərik.Qoy gəlsin yanıma.

Belə humanist yanaşmanın şahidi olduqca uçmağa qanadım çatmırdı.Mənzil məsələm iki vicdanı və əlləri təmiz kommunist personalarının telefon danışığı ilə həllini tapmışdı.Müstəsna hal kimi Kinostudiyanın Tiflis prospektində yerləşən binasının beşinci mərtəbəsində iki otaqlı mənzillə təmin olundum və ora qeydiyyata düşdüm.İki ildən sonra DİN-nin inşa etdiyi beş mərtəbəli binanın beşinci mərtəbəsində 4 otaqlı mənzillə təmin olundum. Yaşadığım iki otaqlını isə təhvil verdim…

Kommunist partiyasının hegemon olduğu dövrlərdə fırıldaq və saxtakarlıqlara yer olmazdı.Təsəvvür edin, SSRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid Brejnevin vəzifəsinin və ömrünün son günlərində rahat yaşamaq üçün xüsusi mülkiyyətində bağı belə yox imiş…

Bütün bunlar Kommunist partiyasının vətəndaşlara olan yüksək qayğının və həyat şəraitinə diqqətin əyani təcəssümü idi.Belə bir sosialist cəmiyyətinin və sosialist   “imperiyasının” nə vaxtsa kağızdan düzələn evcik kimi uçub-dağılmasına inanmaq,hətta ehtimal etmək belə olmazdı,heç kim inanmazdı.Mən də inanmırdım.

Sovet Sosialist Respublikaları İttifaqı tələbələrin(tələbə aldığı təqaüdlə dolanırdı,pulsuz yataqxana ilə təmin edilirdi),işsizlərin(işsizlik demək olar ki,yox idi),çoxuşaqlı ailələrin və kənd təsərrüfatında çalışan zəhmətkeşlərin dövləti idi.Çox uşaqlı ailələrə verilən”uşaq pulları”ailənin minimum tələbatına bəs edərdi.Bu mənada ailədə beş uşaqdan az uşağı olan ailə demək olar ki,tapılmazdı.

İndi vəziyyət başqadır.Tələbə pullu təhsil alır,amma təqaüd verilmir,öz hesabına kirayəyə ev tutmalı olur.Doğulan uşaqların sayı da tədricən aşağı düşür.Uşaq saxlamağa maraq da azalıb.Himayədə nə qədər az uşaq olarsa, bir o qədər yaxşıdır-fikrinə üstünlük verilir.Saxlamaq çətinləşib.Doğulan uşaqlara müavinət verilmir…Belə davam edərsə Çin Xalq Respublikasında olduğu kimi uşaq istəyən ailələr dövlətə yüksək haqq ödədikdən sonra arzuları(Allah istəsəydi) gerçəkləşə bilər.Müasir qadınlar qısır həyat yaşamağa üstünlük verirlər…Allah Sən saxla!

Cəfər Vəliyevin Böyük köməkçisi işlədiyim zamanlarda böyük qızı Lalə xanım Lüksenburqda yaşayırdı. Həyat yoldaşı Sovet ticarət palatasının Lüksemburqdakı nümayəndəsi idi.Nazir :

-Gülya sabah Lüksemburqdan çıxıb axşam saatlarında Moskvanın Şeremetyovo-2 hava limanında olacaq,onu qarşılamaq lazımdır.Həmin gün də Moskva –Bakı reysi ilə vətənə qayıdacaqsınız.Tapşırmışam, biletləriniz hazırdır.Sonra bəzi tapşırıqlarını  verdi…

Hamısını Göstər

Related Articles

Back to top button
Close