Məşhur rejissor Rusiya “Oskar” komitəsini tərk edib.

Rusiyanın Xalq artisti, rejissor Aleksey Uçitel Rusiya “Oskar” komitəsini tərk edib.

Bu barədə Aleksey Uçitel TASS-a bildirib.

Onun sözlərinə görə, komitədəki həmkarlarına artıq bu barədə məlumat verib.

Xatırladaq ki, Rusiya Kinematoqrafiya Elmləri Akademiyasının rəsmi saytında Rusiya Kino Akademiyasının qərarı dərc olunub. Qərara əsasən bu il ABŞ Kino Akademiyasının “Oskar” mükafatına heç bir yerli film təqdim olunmayacaq.

Uçitel isə bununla bağlı prezidiuma müraciət edib və hamının birlikdə qərar qəbul etməsini xahiş edib.

Onun bu müraciəti cavabsız qaldığı üçün komitəni tərk etmək qərarı qəbul edib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button