Mərakeş Çindən gələn bütün səyahətçilərin ölkəyə girişini qadağan edib

Mərakeş hakimiyyəti Çin Xalq Respublikasından gələn və vətəndaşlığından asılı olmayaraq bütün səyahətçilərin ölkə ərazisinə girişini qadağan edib.

Bu barədə “Report” Mərakeş Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, buna səbəb ölkəni COVID-19 infeksiyasının yeni dalğasından qorumaqdır.

Nazirlik qadağanın müstəsna hadisə olduğunu vurğulayıb: “Bu, iki xalq arasındakı səmimi dostluğa və ölkələr arasında strateji tərəfdaşlığa heç bir təsir göstərməyəcək”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button