Masallıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 18nəfər saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə,
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında
keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 1 ay ərzində rayon ərazisində narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 18 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı
onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkar edilərək götürülüb.
Faktlarla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam
etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon
ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması
istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button