Matəm günü gərginlik: “Nikol türkdür”
Müharibədə iştirak etmiş işğalçı Ermənistan ordusunun veteranları, müxalifət nümayəndələri və ölən hərbçilərin qohumları Baş nazir Nikol Paşinyanı “Yerablur” qəbiristanlığına buraxmaq istəmir.
Bu barədə “Nyus.am” məlumat yayıb.
Qeyd edək ki, bu gündən Ermənistanda 3 günlük matəm başlayıb. Bu münasibətlə bu gün hakimiyyətin yürüşü keçirilir. Yürüşə Nikol Paşinyan çoxsaylı mühafizəçilərlə qatılıb.
***
Ölən əsgərlərin yaxınları və veteranlar Nikol Paşinyanı “Nikol, satqın”, “Nikol, türk” sözləri ilə qarşılayıb.