Mayis Bərxudarov bir gündə 3 medala layiq GÖRÜLDÜ

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bir qrup hərbçini təltif edib. Ölkə başçısının imzaladığı sərəncamlara əsasən, hərbi qulluqçular “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar. Onların 21 nəfəri generallardır.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Ordusunun Birlik komandiri, general-mayor Mayis Bərxudarov hər üç medala layiq görülüb.

Qeyd edək ki, Mayis Bərxudarov ötən gün “Cəbrayılın azad olunmasına görə” medalı, bu ilin dekabrın 9-da isə “Qarabağ” ordeni ilə təltif edilib.

Mənbə
unikal.org
Hamısını Göstər

Related Articles

Back to top button
Close