Meydanda bir nəfər də qalsa, döyüş davam edəcək

2020-ci il sentyabrın 27-i günü Vətən müharibəsi başladı. . Çox gecikdik. Bu əbləhlərin nazı ilə çox “oynadıq”. Gör neçə illərdir şəhidlər veririk. Vətən torpağı yad addımları və üzərində düşmən çal çağırı qəbul etmir. “Haydı igidlərim, düşmən üstünə!” çağırışına da gec əməl etdik. Gözlədik ki, dünyada insan hüquqlarının qorunmasına nəzarət edən BMT sözünün üstündə duracaq. Amma… 29 sentyabrda keçirilən növbədənkənar, qapalı iclasında hər şey aydın oldu. “Tərəflər arasında gedən müharibədən narahatlığını ifadə etdilər, ATƏT-ə tapşırıldı ki, missiyasında fəal olsun.” Məlum iclasda 4 qətnamələrin icrasına start veriləcəyi gözlənilirdi. Yenə insan hüquqlarına dekorativ yanaşma, erməni təcavüzünə isə “Narahatlıq” ifadə olundu . Nə yaxşı ki, daha gözləmədik…
Ordumuz elan olunmamış müharibəyə sərt cavab verməkdə davam edir. Bu, Baş Komandanın qətiyyəti, xalqın iradəsini ifadə edən qərarın icraya yönəlməsidir. Tanrı döyüşən qüvvələrimizin yanında olsun! Qəfil külək düşmən gözünə qum səpsin! Düşmənə qarşı soyuqqanlı və amansız olmaq vətənə sədaqətdən doğur. İkinci dünya müharibəsi də elan olunmadan başladı. Dünya çaş-baş qaldı. Almaniya bəşəriyyətə hegemonluq etmək üçün dünyaya cəbhə açdı. Sonrası hamıya bəllidir… Nürinberq hərbi tribunalı Hitlerin başında çatladı, məcbur olub intihara qurban oldu. Nasist xislətli insanların hər birinin aqibəti belə olur.
İşə baxın: Cılız ermənilər “böyük Ermənistan” eşqinə düşüblər…
Vətən uğrunda döyüşə hamı hazırdır. Bizim haqq səsimizi hər zaman eşidib yanımızda olmaq istəyən Türkiyə, Pakistan və Əfqanıstan ölkələrinin bəyanatlarından qürur duyduq. Saakaşvili “Qarabağ Azərbaycanın əzəli torpağıdır” – səsləndi. İtaliya parlamenti, Latviya deputatı, Ukrayna dövləti bizə haqq qazandırdı.
ATƏT-in Minsk qrupu danışıqlar masası ətrafında oturub məsələni – uzun sürən münaqişəni yenə danışıqlar yolu ilə həllini təklif edir, yenidən şərab süfrəsinə toplaşmaq istəyirlər.
30 il işğal altında olan torpaqlarımızın üstünü də, altını da sümürüb aparıblar, şəhərlər, kəndlər, tarixi abidələr, hətta qəbirstanlıqlar və Allah evləri də vandal təfəkkürlü ermənilərin vandalizminə məruz qalıb.
Ermənilərin Azərbaycana qarşı elan olunmamış, mənasız əsaslara söykənən müharibəsinin kökündə genosidin – qətliamın dairəsini böyütmək, xalqı məhv etmək kimi vəhşi, çürük və çirkin siyasət durur. Əsrlər boyu bu millətin xislətində bizə qarşı kin və nifrət yuva salıb, düşüncələrində Azərbaycanfobiyası qərar tutub. Vəhşilərə xas vərdişlər bu millətin qanında var. Tanıdığımız Baqramyandan, Mikoyandan, Andranikdən tutmuş Balayana, Sarkisyana və onlardan törəyən, qohumluq əlaqəsində olanların hamısında azəri türklərinə qarşı nifrət bəslənib. Azərbaycanın isə ermənilərə qarşı humanistliyi səhv imiş. Düşmənlərimizlə qohumluğu olanların da taleyini onlar yazıblar. İllərdir erməni kökənlilər, bizdən olmayanlar sərvətimizə sahib çıxıb, ölkədən kənarda özləri üçün eyş-işrət qurublar. “Gecələr ermənidən olan məkrli gəlinlə bir yastığa baş qoyub əsilzadələrimizin goruna söyürlər”. Tfu!
Biz, unutqan millətik, daha heç nəyi və heç kimi unuda bilmərik… Unutqanlıq artıq yasaq olundu. Qurbanları veririrksə qazandığımız nədir? “Şəhidlik zirvəsi?”, “Milli qəhrəman?”. Torpağı işğal altında olanın, namusu, iffəti, həyası ləkələnən millətin, dini alçaldılan xalqın, erməni əclaflarının tapdağı altında olan torpaqlarımızda uyuyan, “yuxularını” hər gün qarışıq görənlərin ruhları bizi bağışlamaz, hər gün narahat olacaqlar… hər gün! İşğalçılar torpaqlarımızdan cəhənnəmə vasil olana qədər döyüş inşəallah davam edəcək! Meydanda bir əsgər də qalsa, deməli döyüş hələ bitməyib, davam edəcək!
Bu gün, vətən müharibəsinin başlanmasını bütün Azərbaycan xalqı sanki bayram kimi qəbul edir. Eyvanlardan, nəqliyyat vasitələrimizdən, hündür mərtəbələrdən qanımıza, dinimizin kitabına və suverenliyimizə boyanan bayrağımızın nümayişi çox şeydən xəbər verir. Dövlət Başçısı, Ali Baş Komandan tərəfindən hərbi vəziyyətin də elan olunması “döyüşə başladıq”, “torpaqlar məkrli, lənətlənmiş düşmənlərdən azad olunmayınca Hərbi vəziyyət davam edəcək!” mesajının verilməsidir.
Ali Baş Komandan İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında videoformatdakı çıxışı dünyaya, erməni havadarlarına, ATƏT-in Minsk qrupuna əslində “barmaq silkələmək”, 10 milyon xalqın daşmaqda olan səbrinə, kükrəyən harayına, milyon qaçqın ailələrinə insan kimi yanaşın! 30 il ərzində məsələni həll etmək istəmədiniz, harayımız eşidilmədi, bu nadan millət tərəfindən qətlə yetirilən uşaqların, dinc əhalinin də ah-vayı, naləsi qulaqardına vuruldusa, yetər artıq, indi kənara çəkilin! Bizi öz dərdimiz və problemimizlə baş-başa buraxın!… – demək idi.
Sonra qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Teyyub Ərdoğanın odlu-alovlu, qürur verən çıxışı da silaha sarılmağı vacib saydı. “Biz, kardeşlərimizin hər zaman, təhlükənin hardan gözləndiyinə baxmayaraq yanızdayız!” – deməsi nəfəsimizə barıt qoxusu qatdı…
Məni, vətən savaşının iştirakçısı kimi üzən bir halda var. Orta məktəbdə oxuduğum illərdə xalq şairi Süleyman Rüstəmin ürək yanğısı ilə yazdığı “Təbrizim” şeirinin əhəmiyyət və əzəmətini itirməsidir.
“… Qoymaram yadları girsin qoynuna
İzin ver əlimi salım boynuna.
Sənin bayramına, sənin toyuna,
Dini bir, qanı bir qardaşın gəlib.
Dərdinə aşina sirdaşın gəlib…”
İran ermənistana silah daşınması üçün öz ərazisində dəhliz açdı, dərdimizə şərik çıxmadı, kənarda, haqsızın tərəfində durmaqla dinimizə sayğısızlıq göstərdi… Qəmlənməmək olmur. Bir yerdə Kəbə evini təvaf etdiyimiz dini və qanı bir olan qardaş və bacılarımızın vətəndaşı olduğu dövlət niyə bizdən gen gəzib dolanır? Axı, qiyamət günü də var! Rəbbimizin hüzurunda nə cavab verəcəyik!?
İllər ötəcək. Gələcək nəsillər bu günü tariximizin əlamətdar səlnaməsi kimi xatırlayacaq, bu günün islahatçı və qurucu dövlət başçısı, indiki situasiyada siyasi və diplomatik müvazinətini qoruyub saxlayan, pandemiyanın dünyada meydan suladığı və iqtisadi böhranın daşdığı bir vaxtda İlham Əliyev paralel olaraq xalqın iradəsini əsas götürərək ərazi bütövlüyünün bərpasına yönələn çağırışlara əməl etməyə start verdi. Bu, Baş Komandanın cəsarətli hərbi taktikasına hamımız dəstək olduq. Milli ordu isə hücum əmrini şücaət və qəhrəmanlıqla icra edir. Allah qorusun! Qisas qiyamətə qalmasın!
Yolumu kəsməsin dumanlı dağlar,
Gözlərim yaş tökər, ürəyim ağlar.
Kəlbəcərim, Şuşam, Xocalım… kimi,
Kainata sığmaz dərd-sərimiz var…
Sonuncu əsgər dəfn olunana qədər də döyüş var…
Tanrı millətimizi qorusun, ordumuza dayaq olsun !Amin!
Şəmsəddin Əliyev
Hüquqşünas-publisist