Mikayıl Cabbarova daha bir vəzifə verildi

Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” sərəncama dəyişiklik edilib.

Sərəncama əsasən, Komissiyanın həmsədri dəyişib. Komissiyanın həmsədri vəzifəsi İqtisadiyyat nazirinə həvalə olunub. Bundan əvvəl bu vəzifə Baş nazirinin birinci müavinində idi. Komissiyanın üzvlərinin də siyahısı yenilənib. Komissiyanın yeni tərkibi aşağıdakı kimi təsdiq edilib:

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Mikayıl Cabbarov

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri.

Xarici İşlər Nazirliyi bu Sərəncamda edilən dəyişiklik barədə Rusiya Federasiyasının Tatarıstan Respublikası tərəfinə bildiriş göndərməlidir.

Hamısını Göstər

Related Articles

Back to top button