Mingəçevirdə iranlı narkotacirlə “işbirliyi” quran keçmiş məhkum saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
əməliyyat nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan şəhər sakini, əvvəllər də analoji cinayət əməlinə görə
məhkum olunmuş Hilal Əsgərov tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
verilən məlumata görə, şəxsi axtarış zamanı saxlanılan şəxsdən 120 qramdan artıq
heroin və külli miqdarda metamfetamin aşkar edilərək götürülüb. H.Əsgərov
ifadəsində həmin narkotik vasitəni 1500 manat qarşılığında “Instagram” sosial
şəbəkəsində tanış olduğu iranlı narkotacirdən əldə etdiyini bildirib. Belə ki,
qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotiki götürmək üçün paytaxta gedən
H.Əsgərov əvvəlcədən ona deyilən ərazidən bağlamanı götürərərək Mingəçevir
şəhərinə qayıdıb. Burada isə polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa
təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-
istintaq tədbirləri davam etdirilir. Məhkəmənin də qərarı ilə H.Əsgərov barəsində
həbs qətimkan tədbiri keçirilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button