Mingəçevirdə “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilib

Mingəçevir şəhər 9 saylı  tam orta məktəbdə şagirdlərlə görüş keçirilib. Şəhər polis şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə narkotik vasitələrin, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən danışılıb.

Tədbirdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan əsas amillərdən biri olduğunu vurğulayıb. Həmçinin, ölkəmizdə “ağ ölüm”ün qarşısının alınması istiqamətində görülən işlərdən söz açıb, bu öldürücü bəlanın səbəb olduğu faciələr barədə ətraflı məlumat verib.

Daha sonra videoçarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button