“Moldova taxıl ixracında Ukraynaya kömək etməyə borcludur” – Sandu

“Moldova taxıl ixracında Ukraynaya kömək etməyə borcludur”.

“Polise.az “ xəbər verir ki, bunu Moldova Prezidenti Maia Sandu Moldova 1 telekanalına müsahibəsində bildirib.

Moldova lideri kənd təsərrüfatında yaşanan çətinliklərə və fermerlərin etirazlarına baxmayaraq, taxıl ixracında Ukraynaya kömək edəcəklərini qeyd edib.

“Ukraynanın resurslara ehtiyacı var və biz ona kömək edəcəyik”, – Sandu vurğulayıb.

Bundan əvvəl Moldova fermerləri hökumətin Ukraynadan taxıl idxalına qadağa qoymayacağı və ya onlara maliyyə yardımı göstərməyəcəyi təqdirdə etirazlara qalxacaqlarını bəyan ediblər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button