“Moskvasayağı təhqir”: Qırğızıstan Rusiyaya kəskin etirazını bildirib

“Moskvada XTPD dəstəsi qırğızlara məxsus hamam kompleksinə hücum edərək orada olanlara qarşı zor tətbiq edib və alçaldıcı hərəkətlərə yol verib…”
Qırğızıstan Moskvada qırğız sahibkara məxsus hamam kompleksində təxminən 40 qırğızıstanlının sərt şəkildə saxlanılmasından sonra Rusiyaya rəsmi etiraz notası göndərib.
Moderator.az xəbər verir ki, bu barədə “Ak Jayık” nəşri məlumat yayıb. Məlumatı “avesta.tj” nəşri yayıb.
Aprelin 10-da Moskvanın “Bodrost” hamamına XTMD əməkdaşları basqın edib. İnternetdə bu güclü reydin görüntülərinin yayılmasından sonra qalmaqal baş verib. Qırğız deputat Janar Akayev baş verənləri “vəhşilik” adlandıraraq, bunun ilk belə hadisə olmadığını xatırladıb.
Daha öncə qırğızlara məxsus digər obyektlərə hücumlar olub. Deputat Moskva hüquq-mühafizə orqanlarının hərəkətlərini “cinayətkar dəstələrdən də pis” adlandırıb və belə hadisələrin Avrasiya İqtisadi Birliyi (AİB) üzvü olan müttəfiq ölkələr arasında baş verməsinə təəccüb etdiyini bildirib.
“Əziz həmvətənlər, bu baş verənlər ağla sığırmı? Qırğız sahibkara məxsus hamama XTMD-nin böyük bir qrupu girib və bizim soydaşlarımızı vəhşicəsinə döyüblər! Yaxınlarda da digər qırğız sahibkara məxsus binaya basqın olub və insanlar cinayətkar dəstələrdən və ya terrorçulardan da pis döyülüb. Axı biz AİB üzvüyük, müttəfiqik, strateji tərəfdaşıq, doğrudanmı yüzlərlə soydaşımızın döyülməsinə göz yumacağıq və susacağıq?” – Akaev “Facebook”da paylaşdığı videoda hiddətlə bildirib.
Qırğız KİV-lərinin və hadisə şahidlərinin məlumatlarına görə, reyd zamanı polis əməkdaşları güc tətbiq edib: saxlanılanları üzüüstə yerə yıxıb, dəyənək və elektroşokla döyüb, diz üstə sürünməyə məcbur ediblər. Bəzi saxlanılanlara qarşı alçaldıcı rəftar olunub: onları acı bibər və nasvay (tütün məmulatı-red.) yeməyə məcbur ediblər, birinin isə saqqalının yarısını qırxıblar.
Qırğızıstan tərəfinin etirazlarına cavab olaraq, Rusiya KİV-ləri reydin səbəbi kimi “Bodrost” hamamında yalnız Qırğızıstan vətəndaşlarına xidmət göstərildiyini və rusiyalılara xidmətin rədd edildiyi barədə məlumatı göstəriblər. Ümumilikdə 24 Qırğızıstan vətəndaşı saxlanılıb, onlardan 20-si sərbəst buraxılıb. Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə isə dörd nəfər Rusiyadan deportasiya ediləcək.
Polise.az