Moskvaya “sağlıq” deyənlər, “İvan”ın silah və pul “kölgəsinə” sığınmaq istəyənlər

“Keçmiş XİN rəhbəri Elmar Məmmədyarovun müsahibəsini oxudum. Siz də deyirsiz ki, adam azərbaycanca danışa bilmir, halbuki çox səlis və aydın şəkildə fikirlərini izah edib deyir ki, ABŞ-da 4-5 mln. dollara evimiz var. Çox səlis şəkildə Kremlpərəst olduğunu bəyan edir, çox açıq şəkildə Rusiya qoşunlarının burda olduğundan məmnun olduğunu elan edir”.

Bunu REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. O qeyd edib ki, Rusiya Qarabağda möhkəmləndikcə məmləkətdə Kremlpərəst siyasi oyunçular açıq şəkildə meydana çıxacaqlar:

“Hətta müxalif adlanan düşərgədən də bir müddət sonra Moskvaya “sağlıq” deyənlər, “İvanın” silah və pul “kölgəsinə” sığınmaq istəyənlər tapılacaq. Kreml Azərbaycanda siyasəti dizayn etməyə çalışdıqca digər ölkələr də açıq siyasi lobbiçiliyə keçəcəklər, bu isə yeni çağırış, yeni situasiyadır. Belə bir vəziyyətdə majoritar seçki sisteminin qalması çox təhlükəlidir. Mütləq proporsional seçki sisteminə keçmək lazımdır ki, kimin kim olduğu tam aydın olsun. Yoxsa müxtəlif ölkələr əsasən də bölgələrdə öz adamlarını fərdi şəkildə Parlamentə daşımağa başlayacaqlar. Proporsional sistem buna əngəl yarada bilər, çünki siyasi partiyalar ideoloji əsasda institutlaşsa, xarici təzyiqlərə daha asan davam gətirmək üçün ölkədaxili yeni “oyun qaydaları” qurmaq mümkün ola bilər”.

Mənbə
yenisabah.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close