Mövlam Şixəliyevin general rütbəsi alınıb, əmlakları müsadirə olunub.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub.

Bu barədə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub. Üzərinə həbs qoyulmuş əmlakları dövlət nəfinə müsadirə olunub.

Məhkəmənin hökmü ilə Mövlam Şixəliyevin general-mayor rütbəsi də alınıb.

Hamısını Göstər

Related Articles

Back to top button