Müdafiə Nazirliyi medal ala bilməyənlərlə bağlı tapşırıq verdi

Müdafiə Nazirliyi müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Nazirliyin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşanlarla bağlı məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, həmin şəxslər qurumun rəsmiləri tərəfindən qəbul edilib.

Görüş zamanı bildirilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib.

Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close