Müdafiə Nazirliyi təkzib edir: Tank və helikopterimizin vurulması yalandır

Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir.