Müharibə bu cür bitəcək: İrəvanın “materialı” qalmayacaq
İndiyə qədər erməni qüvvələrinin heç bir böyük əks-hücumu uğurla nəticələnməyib, əksinə, böyük itkilərə gətirib çıxarıb.
Bu barədə “Meduza” rusdilli nəşrdə qeyd olunub.
Məqalədə bildirilir ki, döyüşən tərəflərin gücü eyni deyil və Azərbaycan Ordusunun üstünlüyü aydın görünür:
“Görünən odur ki, qüvvələr bərabər deyil: bir ay ərzində ermənilər canlı qüvvə və texnikada çox ağır itkilər veriblər. Onlar Şuşa və Stepanakerti (Xankəndi – red.) Ermənistanla birləşdirən yolu müdafiə etmək iqtidarında deyillər. Əgər Ermənistan ordusu yaxın günlərdə əks-hücum etməsə, onların ən mühüm təchizat xətti itəcək, “dqr”in paytaxtı Şuşadan 10 kilometr aralıda yerləşən Xankəndidə təhlükə yaranacaq”.
Məqalədə münaqişənin necə bitəcəyi xüsusilə vurğulanıb:
“Ermənistan işğalı altında olan qalan əraziləri saxlaya bilməyəcək, münaqişənin kompromisli siyasi həllinə ümid isə birdəfəlik itəcək. Ermənistanın və Rusiya, Fransa, eləcə də ABŞ-dan ona simpatiyası olan siyasətçilərin kompromisə nail olmaq üçün heç bir “materialı” qalmayacaq”.