“Müstəqillik bayramı” yasa çevrilən Ermənistan, şablon “təbriklər”, bir də…

Müzəffər ordumuz 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfəri ilə ermənilərin ağlaşma günlərinin sayını birdən-birə 4-ə çatdırdı: 24 aprel saxta “soyqırımı” gününə 27 sentyabr (2-ci Qarabağ savaşının başladığı gün), 10 noyabr (Kapitulyasiya aktına Paşinyanın imza atdığı gün) və… tam urvatsız və mənasız hala gəlmiş 21 sentyabr Ermənistanın “müstəqillik günü” əlavə olundu.

Məntiqlə bu gün – sentyabrın 21-i Ermənistanda bayram ovqatı olmalı idi. Amma ermənilər yas içindədir. Bir-birini didməyə davam edirlər. Çünki sevinməli heç nə yoxdur. Müstəqillikdən əsər-əlamət qalmayıbsa, müharibədəki acınacaqlı darmadağının ardınca Azərbaycanla yeni sərhədləri belə, Rusiya hərbçisi qoruyursa, “miatsum” ideyası dəfn edilibsə, “artsax” sərsəmləməsi, status ümidləri gorbagor olubsa, xəbis toplumun üzü gülərmi?..

Əlbəttə, özünə hörmət etməyən dövlətə heç kim hörmət qoymaz. Bu səbəbə Ermənistan rəhbərliyinə – prezident və baş nazirə xarici ölkə başçılarından “müstəqilliyin” 30 illiyi ilə bağlı gələn təbriklərin sırf formal xarakter daşıması əsla təəccüblü deyil. Hətta Ermənistanı özünün “kiçik bacısı” sayan Fransanın prezidenti, ermənidən çox erməni olan Emmanuel Makronun təbrik məktubunda belə ermənilər üçün ümidverici bir şey yoxdur. Köhnə, çeynənmiş ifadələr, amma bu dəfə qat-qat az inandırıcı effektlə sətirlərə yerləşdirilib.

Doğrudur, Makron məktubunda Bakı və İrəvana “ATƏT-in Minsk Qrupunun həmsədrliyi altında sülh danışıqlarına başlamağa” çağırış edir. Amma özü də bilir ki, belə çağırışlar boşboğazlıqdan savayı bir şey deyil. Ona görə ki, Azərbaycanın bölgədə yaradığı yeni reallığı dəyişmək gücündən məhrumdur və quru çağırış olaraq da qalacaq. Necə ki, 11 aydır qalır. Makron da, ermənilərin içindəki tək-tük ağıllı adamlar da bunu anlayır. Yeri gəlmişkən, artıq Azərbaycan Fransa ilə azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə dair anlaşma imzalamağa hazırlaşır…

Bu da diqqətçəkəndir ki, Makronun təbrik-müraciətində “status” məsələsindən bir kəlmə də deyilmir. Yalnız sülhə bağlı ümumi ifadələr. Bənzər ifadələr ABŞ prezidenti Co Baydenin və dövlət katibi Entoni Blinkenin məktublarında yer alıb. Rusiya prezidenti Vladimir Putinin erməni həmkarı Armen Sərkisyana və baş nazir Nikol Paşinyana ünvanladığı təbrikdə isə heç bu da yoxdur: nə üzdəniraq Minsk Qrupunun adı çəkilir, nə də “status”un vacibliyi yada salınır. Sırf “xala xətrinə” bir neçə şablon söz. Vəssalam. Amma Rusiya can verən Minsk Qrupunun həmsədrlərindən biri, Ermənistanın əsas müttəfiqi və varlıq qarantıdır. Gəl ki, Putinin “30 illik”lə bağlı təbriki ən sönük sayıla bilər.

Başa düşüləndir. Əslində Moskva Ermənistan adlı “bahalı və qulpsuz çamadan”ı daşımaqdan bezib. Üstəgəl, bunca yaxşılığın əvəzində erməni toplumunda hələ də Moskvaya qarşı narazı ovqat, nankorluq yaşanır. 30 ildə özünə dövlət qura bilməyən, simvolik dövlətçiliyi də rusun sayəsində mövcud olan, yaxşılıq qanmayan belə anormal, vəhşi məxluqatla qonşu olmaq gerçəkdən də əzabdır…

O ki qaldı Ermənistanın gerçək müstəqilliyinə, bunun üçün öncə erməni xalqı azad olmalıdır. Köləliyə, vassallığa, mütiliyə “yox” deməlidir, qonşu xalqlara qarşı xarici güclərin əlində maşa olmaq kimi şərəfsizliyə, böyük dövlətlərin oyunlarında “piyada” olmağa “son” deməlidir.

Bacararmı? Yenə özü bilər. Bacarmaz, yaşadığı faciələrin davamını görər. Bizə isə bir azca da səbirli olmaq qalır. Halal qələbimizi yavaş-yavaş ABŞ və Fransa da, Ermənistan və onun şəriksiz ağası Rusiya da, faşist təbiətli erməni lobbisi də tam həzm edəcək. Ayrı yolları yoxdur.

Cənubi Qafqazda ya açar ölkə Azərbaycanla olacaqsan, ya da ümumiyyətlə olmayacaqsan! Seçsinlər…

Zahid SƏFƏROĞLU

Hamısını Göstər

Related Articles

Back to top button
Close