Nəsimi rayonunda cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

Bu gün paytaxtın Nəsimi rayonunda atışma nəticəsində cinayət törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Polisə.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır. Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək.