Narkomaniya ilə mübarizə sağlam həyata təminatdır

Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Urakəran kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib.

Çıxış edən Yardımlı RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüqar Bəhmənov və digər iştirakçılar əsrin bəlası sayılan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar.

Görüşdə sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verilib və istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan tədbirlərin bu gün aktual xarakter daşıdığı diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button
Close