Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Mayın 27-də saat 1 radələrində Binəqədi rayonu Xocəsən yolunda “VAZ-2121” markalı avtomobil manevr qaydalarını kobud şəkildə pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitədən istifadə etməsi şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunmuşdur. Lakin o, avtomobilə əyləşib hərəkətini davam etdirərək tabesizlik göstərmiş və avtomobili yüksək sürətlə hərəkət etdirərək qarşı zolağa çıxmaqla qarşıdan gələn nəqliyyat vasitələrinə və piyadalara təhlükə yaratmışdır.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil süni tıxac yaradılmaqla saxlanılmışdır.
Araşdırmalarla sürücünün Bakı şəhər sakini Emin Əmirəliyev olması və avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunmuşdur. Onun əməllərində avtoxuliqanlıq hərəkətləri olduğu üçün Binəqədi Rayon Polis İdarəsinə təhvil verilmişdir.

Hamısını Göstər

Related Articles

Back to top button