Narkotik vasitənin təsiri altında avtomobili idarə edən sürücü saxlanılıb

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aprelin 11-də saat 15 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Nicat Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobildə işıq cihazlarından düzgün istifadə etmədiyinə görə saxlanılıb.

Dövlət Yol Polisi İdarəsindən  Polise.az a bildirilib ki, sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunub.

Sabunçu rayon məhkəməsinin qərarı ilə N.Həsənov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 gün müddətində inzibati qaydada həbs edilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button