Narkotikin təsiri altında sükan arxasına keçən şəxs sürücülük hüququndan məhrum edilib.

Masallı şəhəri ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini E.Ağayevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, E.Ağayevin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.Sözügedən inzibati xətanı il ərzində təkrar  törətdiyi üçün məhkəmənin qərarı ilə E.Ağayev sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla cərimə olunub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button