Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib. Nəticədə saxlanılan şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şöbəyə daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən silsilə tədbirlər zamanı narkotiklərin satışında, saxlanılmasında və daşınmasında şübhəli bilinən 5 nəfər rayon sakini – Tural İsrafilov, Sənan Şükürov, Veyis Abdurəhmanov, Qadir Əliyev və Səftər Allahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı onlardan heroin və marixuana aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılanların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button