NAXÇIVANDA RƏHBƏR ŞƏXSLƏRİN SAXLANILMASINA BAŞLANILDI – İki nazir Bakıya gətirildi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvanda həyata keçirdiyi əməliyyatlarla bağlı yeni məlumatlar yayılmağa başlayıb.

“AzPolitika.info” ya verilən məlumata görə, Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rafael Əliyev saxlanılaraq Bakıya gətirilib. Onlarla bağlı həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. 

Qeyd edək ki, bir qədər əvvəl yayılan məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxılıb.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib.

Məhkəmədə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Belə böyük miqdarda vəsaiti hansısa şöbə rəisinin məınimsəməsi qeyri-meümkün olduğundan həbslərin yüksək post tutan rəhbərləırə qədər uzanacağı gözləniləndir.

Xatırladaq ki, artıq bir neçə gündür DTX əməkdaşları Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirir, milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisində şübhəli bilinən rəhbər şəxslər saxlanılaraq, dindirilirlər.

Onu da xatırladaq ki, Səhət Həbibbəyli AMEA-nın Prezidenti İsa Həbibbəylinin oğludur.

Hamısını Göstər

Related Articles

Back to top button