Nazir müavini: “FHN-in 100 əməkdaşı meşə yanğınlarına görə Türkiyəyə göndərilir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup Türkiyə Respublikasına yola düşüb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola düşən və fərdi yanğınsöndürmə vasitələri ilə təchiz olunmuş qrup Türkiyənin Dalaman bölgəsində yanğınlarla mübarizə aparacaq.

Qrupu hava limanından fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb, müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qardaş ölkədə tüğyan edən meşə yanğınları ilə mübarizə məqsədilə Azərbaycan FHN-in kifayət qədər qüvvəsi hazır vəziyyətə gətirilib və müraciət olunduqca hər an yola düşməyə hazırdır.

Hamısını Göstər

Related Articles

Back to top button
Close