Nazir V.Eyvazov Moldova DİN-in Baş katibini qəbul edib

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik
Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Moldova Respublikasının Daxili İşlər
Nazirliyinin Baş katibi Sergey Diyakonunu qəbul edib.
Qonağı salamlayan nazir V.Eyvazov Moldova ilə Azərbaycan arasında
əlaqələrin və qarşılıqlı münasibətlərin getdikcə daha da dərinləşdiyini
məmnunluqla vurğulayıb. Azərbaycan Respublikasının son illərdəki sürətli
inkişafını şərtləndirən əsas amillərdən olan sabitliyin yaradıldığını, onun
dönməzliyinin təmin olunduğunu qeyd edən nazir bildirib ki, kriminogen
durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ilk növbədə
vətəndaşlarımızın, həmçinin də əcnəbilərin respublikamızda təhlükəsiz,
əminamanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələri üçün əlverişli mühit
formalaşıb.
V.Eyvazov qeyd edib ki, Azərbaycanın Daxili İşlər Nazirliyi Moldovanın
hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə münasibətlərin
istər ikitərəfli, istərsə də çoxtərəfli formatda inkişaf etdirilməsinə böyük önəm
verir. Bu əlaqələrin normativ-hüquqi bazası ilk növbədə qarşılıqlı hüquqi
yardım göstərilməsi, təcrübə mübadiləsi və dövlətlərarası müqavilələrə
əsaslanır.
Səmimi qəbula görə təşəkkürünü bildirən Sergey Diyakonu belə səfərlərin
iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da
genişləndirilməsinə yeni təkan verəcəyinə əminliyini, Moldova DİN-in də bu
istiqamətdə öz səylərini əsirgəməyəcəyini, azərbaycanlı həmkarlarının
cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət
təcrübənin öyrənilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri,
narkotiklərin qanunsuz dövriyəsi, habelə transmilli mütəşəkkil cinayətkarlığın
digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi,
həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Qəbulda Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak
edib.
Səfər çərçivəsində S.Diyakonu DİN-in “102-Zəng Mərkəzi”nə,
“Təhlükəsiz şəhər” Xidmətinə və Əlahiddə Çevik Polis Alayına gedərək həmin
qurumların fəaliyyətləri ilə yaxından tanış olub.

Hamısını Göstər

Related Articles

Back to top button