Nazir V.Eyvazov Sumqayıt şəhərində vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına
əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 24-də
Sumqayıt Şəhər Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.
Daxili işlər naziri əvvəlcə şəhərin mərkəzindəki ümummilli lider
Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini böyük hörmət və ehtiramla
yad edib, önünə gül dəstəsi qoyub.
Sonra Şəhər Polis İdarəsinin inzibati binasında Sumqayıt, Abşeron,
Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarından, eyni zamanda, həmin
bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən qəbula gələn 208 nəfər
vətəndaşı dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti
baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb.
Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan
uğurlardan məmnun olduqlarını, qalib ölkənin vətəndaşları olmaqdan qürur
duyduqlarını bildirən sakinlər onların müraciətlərinə operativ yanaşılmasına, o
cümlədən göstərilən diqqətə və həssas münasibətə görə dövlət başçısına
minnətdar olduqlarını bildiriblər.
Həmin gün general-polkovnik V.Eyvazov adıçəkilən şəhər və rayonların
polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə
qəbulla bağlı sıra baxışı keçirib.
Polis orqanlarında işləmək arzusunda olan gənclərdən qəbulun şərtlərinə
uyğun gələn 262 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onların
da 47-si Vətən müharibəsi iştirakçısı olub.
Qeyd edək ki, Vətən müharibəsi başa çatdıqdan sonra xidmətə qəbulla
bağlı qüvvədə olan tələblərə uyğun gələn 1000 nəfərə yaxın müharibə iştirakçısı
və şəhid ailələrinin üzvləri daxili işlər orqanlarında işlə təmin olunublar.

Hamısını Göstər

Related Articles

Back to top button