Nikol Paşinyan: Ermənistanda hakimiyyət də dəyişdi, özümüz dəyişmədik

“Yeddi il əvvəl inqilab edib Ermənistanda hökuməti dəyişdirdik, amma özümüzü (erməni cəmiyyətinin şüurunu – red.) dəyişdirə bilmədik”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir xatırladıb ki, bu gün Ermənistanda hakimiyyət dəyişikliyinin yeddinci ildönümüdür.

“O zaman bizə elə gəlirdi ki, inqilab etmək çətindir, əslində inqilab etmək ən asan işdir, özümüzdə dəyişiklik etmək çətindir. İnqilab üçün siz tez birləşə bilərsiniz, amma dəyişiklik ardıcıl hərəkətlər silsiləsidir. Biz Ermənistanda hakimiyyəti dəyişmişik, bəs özümüzü dəyişmişikmi? Əsas məsələ budur”, – Paşinyan bildirib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button