O şeiri bir də söylə Ərdoğan! – Cənubdan isti mesaj

…Hadisələrin bu gedişində İranda yaşayan Azərbaycanlı tələbənin sosial mediada bir şeiri yayımlanıb… Təqdim edirik:

Quzu kəsim şeir deyən dilinə,
O şeiri bir də söylə Ərdoğan!
Səs verəcək harayına qırx milyon,
Hədəfinə yaman dəyib, bax, yaman,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Bircə bəndlik şeir ilə oyanıb,
Təbriz indi ayaq üstə dayanıb.
Əsrlərlə əsarətdən usanıb,
Çalxalanır, silkələnir bax bu an,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Haqdan deyir, sevmir haqqı, düzü də,
Bir şeytandı astarı da, üzü də.
Zamanıdı, dağılacaq özü də,
Bizi bizdən ayrı salan, ayıran,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Dilindəki şər-böhtandı, yalandı,
Erməniyə mehri-ülfət salandı.
İran ki var, İran deyil, ilandı,
Bu “ilana” qənim olsun o Quran,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Yox, dolmasın Araz daha lil ilə,
Axsın Araz o tay-bu tay gül ilə.
Biz ki, birik millət ilə, dil ilə,
Niyə axı ayrı qalsın bu məkan,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
O tay bu tay Araz üstə yol salaq,
Bu birliyə alqış deyək, əl çalaq.
Bəsdir daha əsarətdə alçalaq,
Alçalmışıq düz iki yüz il, zaman,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Bu ayrılıq əbədilik yad olsun,
Pişəvəri ruhu daim şad olsun,
Ünvanımız bircə ünvan, ad olsun,
Hey bir olsun Azərbaycan sonacan,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!

Təqdim etdi: A.Məmmədli

Hamısını Göstər

Related Articles

Back to top button
Close