O, yalan deyir: Bakının dronları Xankəndidə idi – Qriqoryan

Aprel müharibəsi zamanı Azərbaycan dronları nəinki Xankəndiyə çatdı, həm də erməni bölmələri üzərindən uçurdu.

Axar.az Qalatv.am-a istinadən xəbər verir ki, bunu qondarma rejimin “milli dirçəliş partiyası”nın sədr müavini Tiqran Qriqoryan Feysbuk hesabında bildirib.

Onun sözlərinə görə, pilotsuz təyyarə “mərkəzi hərbi dairə”dəki erməni hərbi hissəsinin üzərində ən azı 15 dəqiqə dövr edib:

“PUA-ya görə hərbi hissədəki işıqlar sönmüşdü. Bunu içəri baxaraq gördük. Həmin gün ərazidə olan yüzlərlə insan bu həqiqəti təsdiqləyə bilər. Mən fırıldaqçıların sözlərini başa düşmürəm. Bircə onun (Serj Sərkisyan – red.) 5 aprelə kimi olan dövrü nəzərdə tutduğunu deməyin”.

Qeyd edək ki, Sərkisyan guya Rusiyanın verdiyi “İsgəndər”lərə görə Azərbaycanın Aprel müharibəsini davam etdirmədiyini iddia edib. Bu fikri isə erməni ekspertləri özləri təkzib ediblər.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close