Oğurluq və quldurluqda şübhəli bilinən şəxslər saxlanıldı

Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan 10.300 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səməndərli saxlanılıb. Araşdırma aparılır.

***

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə şəhər ərazisində “Mercedes” markalı bir avtomobildən 1800 manat pul və bank kartının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş O.Xələfov müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

***

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə şəhər sakini K.Abbasovanın içərisində 100 manatı, bank kartı, sənədi, 2 ədəd qızıl sırğa və boyunbağısının çantasından oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri K.Atayev və Y.Musayev müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.

***

Astara Rayon Polis Şöbəsinə şəhər sakini S.İsgəndərovanın bank hesabından 1500 manatının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini S.Kərimova müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

***

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 30-da şəhər sakini R.Əliyevin 540 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Ağdaş sakini, əvvəllər məhkum olunmuş M.Səlimov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

***

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-da Mərdəkan qəsəbəsi bağlar yaşayış sahəsindəki evlərin birindən 10.000 avro oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini A.Nəsirova müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button