Ölkə ərazisində qeydə alınan 77 cinayətin üstü açılıb

Martın 9-da ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polisə.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarılan 93 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.