Pakistanda partlayış baş verib.

Pakistanın şimal-qərbindəki Bannu rayonunda partlayış baş verib, bir hərbçi həlak olub. Polise.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə rayonun cənubundakı Canı-Xel ərazisində qeydə alınıb, naməlum şəxslər kustar üsulla hazırlanmış partlayıcı ilə hücum təşkil ediblər.

Ordu hazırda terrorçuları məhv etmək üçün hadisənin baş verdiyi ərazini təmizləyir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button