“Pandemiyalar təkrarlanacaq” – Yapon futuroloq proqnoz edir
Yaponiyalı futuroloq hesab edir ki, həyat tərzini dəyişmək istəmədikləri səbəbilə, bəşəriyyəti yeni pandemiyalar gözləyir.
Yaponiya hökumətinin məsləhətçisi Morinosuke Kavaquti qeyd edir ki, bir çox ölkələr üçün əvvəlki kimi, keyfiyyətsiz səhiyyə, diabet və piylənmə aktualdır. Mütəxəssis xatırladıb ki, bütün bu amillər koronavirusdan ölüm səviyyəsinə təsir göstərir.
«Ancaq bu barədə heç kim danışmır – insanlar yalnız vaksinləməni, profilaktik tədbirləri və iqtisadiyyatın hökumət tərəfindən dəstəklənməsini müzakirə edirlər» – Kavaquti qeyd edib.
Bu zaman insanların özləri təhlükəni ciddi qəbul etmirlər, amma siyasətçilər və tibb şirkətləri vəziyyətdən fayda götürməyə cəhd edirlər. Ona görə də COVİD-19 epidemiyasının əvəzinə yeni infeksiyalar baş qaldıra və bütün dünyaya yayıla bilər.
Kavaquti eyni zamanda ümid etdiyini bildirib ki, vaxt ötdükcə «hər şey öz yerinə qayıdacaq».