Paris iflic vəziyyətində olan Ermənistanı xilas etmək istəyir.

“Polisə Dəstək”ictimai birliyi Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməsini qətiyyətlə pisləyən bəyanat yaymışdır. Bu barədə təşkilatın sədri təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev öz facebook səhifəsində paylaşma etmişdir. Bəyanatda deyilir:

“Polisə Dəstək”ictimai birliyi Fransa Senatının Beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərini müstəsna həyasızlaqla pozmasından və Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədən narahatlığını bəyan edir. Ermənipərəst Fransa Senatı Azərbaycana qarşı qəbul etdiyi belə bir sənəd yalnız kolonial təfəkkürün məhsuludur, tövsiyə xarakteri daşıyır və hüquqi sənəd sayıla bilməz!Sənəd “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi,9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsinə dair” qətnamə adlanır, mahiyyətinə və əhəmiyyətinə görə qum üzərində yazılan cəfəngiyyatdan başqa bir şey deyil.Qətnaməni çətinliklə oxuyan Senat üzvünün hərəkətlərindən də belə qənaət hasil olur ki,sənədi Paşinyanın ətrafı hazırlayıb və heç bir hüquqi əsasa söykənmir,yalan və iftiradır. Qətnamədə şərəfsizliklə qeyd edilir ki,guya qardaş Türkiyə tərəfindən Ermənistanın ərazi bütövlüyünə,suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşılmır.Türkiyə dövlətinin hələ ötən əsrin 90-cı illərində, bu gün yazıq və səfil durumda olan Ermənistanın müstəqilliyini tanıması haqda məlumatları olsa da,həyasızlıqla əksini yazırlar.Məsələ aydındır…Özünü dərk edə və özünə sahib çıxa bilməyən Makron ona səs verən erməni seçicilərinin təkidi ilə danışıqlarda Yerevanı tək qoymaq istəmir.Bu,Fransa Senatının yox,erməni lobbisinin və diaspor təşkilatlarının istəyi və gücüdür.Paris faktiki olaraq 44 günlük döyüşdə rüsvayçılıqla kapitulyasiyaya imza atan Ermənistanı hər bir vəchlə sığortalamaq istəyir.Bu il 6 oktyabrda Avropa siyasi birliyinin yeni platforması çərçivəsində Praqada İlham Əliyevin,Makronun,Avropa Şurası Prezidenti Şarl Mişelin və Paşinyanın iştirakı ilə keçirilmiş görüşdən bir neçə gün sonra Fransa Prezidenti dövlət başçısına başucalığı gətirməyən təxribat xarakterli, sarsaq və sərsəm bəyanatlarla çıxış etdi.Guya Azərbaycan Ermənistanla amansız müharibəyə başlayıb(?)Çox təəssüflər olsun ki,Senat 30 il ərzində erməni qəsbkarlarının işğalçılıq siyasətini unudur.BMT TŞ-nin 5 daimi üzvündən biri olan Fransa Ermənistanın işğal etdiyi əraziləri qeyd-şərtsiz boşaldılması barədə 4 qətnaməyə səs vermişdi,amma icrası unuduldu…Fransanın Prezidenti Makron özünü az qala tarixdə iz qoyan Şarl Moris de Taleyrana bənzətmək,ona xas siyasət sərgiləmək istəyir…Fransanın ATƏT-in Minsk qrupunda vasitəçiliyini bərpa etmək niyyəti də var…Amma görünən,oxunan və eşidilən odur ki, ATƏT-in Minsk qrupu artıq tarixin arxivinə ötürülüb.Fransanı üzən bir məqam da var,”Həmsədrlik istəyi”!Makron Fransası anlamalıdır ki, “vasitəçilik” missiyası da artıq dəfn edilib,Minsk qrupuna heç bir ehtiyac qalmayıb.”Polisə Dəstək”ictimai birliyi sonda Azərbaycan Prezidenti İlham Əliyevin 8 noyabr zəfər günündə Şuşada həbçilərlə görüşü zamanı səsləndirdiyi fikirlərini ermənilərə görk olacaq həddə bir daha bəyan edir: “…Ermənistan kiməsə,hansı qüvvələrəsə güvənərək fərqli davranmaq ustəklərinin onun üçün hansı fəlakətli durumu doğura biləcəyini unutmasınlar.”Bu xəbərdarlıqdan Makron,onun Senatı və Ermənistan da nəticə çıxarmalıdır!

Hamısını Göstər

Related Articles

Back to top button