“Paşinyan başqa bir xain sənəd imzalayacaq” – Erməni deputat

“​​​​​Erməni xalqı tarixində ən soyuqqanlı və abırsız satqın yenidən yalan danışır”.

Bunu fikri Ermənistanın deputatı Naira Zöhrabyan Baş nazir Nikol Paşinyan barədə bildirib.

Deputat qeyd edib ki, Paşinyan yenidən xalqı aldatmağa cəhd edir:

“Moskvaya səfərin nəticəsinə görə növbəti xain sənədi imzalamazdan əvvəl kimlər ki, noyabrın 9-da imzalanmış kapitulyasiya aktını oxumayıb, həmin şəxslərin fikirlərini azdırmağa çalışır.Satqın bir daha əsirlərin və itkinlərin valideynlərini aldadır ki, onların övladlarının qayıdışının qiyməti hərbi əsirlərin xatirinə imzalayacaq başqa bir xain sənədin imzalanması ola bilər”.

Deputat iddia edib ki, əsirlərin və itkin düşənlərin valideynlərinin ağrı-acısı sonradan xain missiyanın icra edilməsi üçün istifadə olunacaq.

Hamısını Göstər

Related Articles

Back to top button